logo
Online:0

Payam Turk - Yaradan

timea day agoview2 views

Yapım: FOLKMUSIC Prodüktör: Muhammet Alperen Söz & Müzik: Payam Türk Remix: Nokhostin Mix & Mastering: Yasin Hashempour Koordinatör: Mohammad Atashbar Yönetmen: Sina Mahboubnejad Yardımcı Yönetmen: Mehdi Nakhostin


www.instagram.com/folkmusicco


Sözler: Hələ də nəbzim vurur, ayaqlanır, qalmır bir zərə qədər məndə qürur Gahi güdürəm, görəsən, bu həyat haçan durur? Durdurub götürərdin bu fərqi kaş aradan! Baxırsan haradan?

Ey məni yaradan, ey məni yaradan Buraxıb ağı, yaratmısan niyə qaradan? Bu nifrət qarışı var haradan, haradan? Ayağım durmur mənim vurulan yaradan Axıram, durub axıb kədər damarına Yeriklədirsən niyə xalqını qanıma?

Mənəm o xam Dadmamış tam Əlimdən, əlimdən al Mənimlə, mənimlə qal Batığam, dərinə dal Artığam, dərimə al Pərimə bal Olmur, olmur Tirinə can verəm, qoymur Yaradan yaradan doymur Yaradan yaradan doymur

Hədərdir doğum, ölüm Hədərdir, bu yekə qaranlıqda bir işıq görüm O dünya qədərdir, allanmağa da yoxdur gölüm Burada da varamsa, qalındır gönüm Hara dəbərdim, aparım bir lizət, dedin odur haram Qalmır bir çaram Mən zaram, sən otur aram Denən, qaçım əlimdən hara? Yara, belimə vurular bir ara Bəndənəm mənəm yava, üzüm qara Öldür, dirilt, öldür Əlini vur belinə, işimi fələkə gördür Hörülür zülmün saçı, mən bata batam Burada de, kimlə axı barabaram, yaradan? Qaldır aradan, yaradan

Ey məni yaradan, ey məni yaradan Buraxıb ağı, yaratmısan niyə qaradan? Bu nifrət qarışı var haradan, haradan? Ayağım durmur mənim vurulan yaradan

Yara, yaradan yaradan Əlini ver, qaldır aradan Əlini ver, qaldır aradan Əlini ver, qaldır aradan Əlini ver...

Loading comments...
affpapa
sigma-africa
sigma-asia
sigma-europe

Licensed